Kamilə Babayeva: "Türklər serialdan dünyanın pulunu qazanırlar..."

Kamilə Babayeva: "Türklər serialdan dünyanın pulunu qazanırlar..."
13:47 3 Mart 2017
216 Şou
Ölkə mətbuatı
A- A+

ATV-də yayımlanan "Məryəm" serialında rol alan aparıcı Kamilə Babayeva son vaxtlar aktrisa kimi fəaliyyətə başlamasında danışıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, açıqlama verən aparıcı serialda rol almağın çətin olduğunu deyib:

"Bunun peşəkara, qeyri-peşəkara aiddiyəti yoxdur. Aktrisalıq çətin işdir. Bizdə filmlər çox çətin şəraitdə çəkilir. Böyük bir kollektiv səhər saat 10-dan gecə saat 1-ə kimi gedir, oturur, işləyir. Haqqı yemək olmaz. O çərçivələrin içində əldə edilən nəticə yaxşıdır. Elə Türkiyədə tanınmışlar serialdan dünyanın pulunu qazanırlar. Amma tez-tez etiraz edirlər ki, çəkilişlər çoxdur, 90 dəqiqəlik serial olmaz".
 
K.Babayeva aktrisalığının aparıcılıq fəaliyyətinə mane olmadığını söyləyib:
 
"21-ci əsrdir, hər kəs istədiyini edə bilər. Aparıcı kosmosa da uçşa, heç kim təəccüblənməz. Artıq hansısa fəaliyyətin digərinə mane olması kimi şərtlər yoxdur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/522924.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR