Masazırda sürüşmə davam edir.

Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən “Zəli gölü” ətrafında baş verən sürüşmə-çökmə prosesinin əhatə sahəsi genişlənə bilər.

Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, həmin ərazidə baş verən sürüşmə-çökmə prosesi aktiv fazadadır, yəni proses davam edir: “Orada 7 yaşayış evi qəzalı vəziyyətə düşüb və tam yararsız vəziyyətdədir. Digər evlərdə və hasarlarda isə çatlar əmələ gəlib”.

Ə.Qaralov həmçinin onu da qeyd edib ki, əraziyə düşən atmosfer yağıntılarının miqdarı çox olduğundan, eyni zamanda ərazidəki yaşayış evlərinin kanalizasiya sistemlərinin olmadığından və bütün sular birbaşa torpağın üzərinə axıdıldığından torpaq tam doyub. Bu səbəbdən də ərazidə sürüşmə baş verir. //Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR