Təhlükəsizlik kəmərini taxın!

Statistik araşdırmalar nəticəsində bəlli olub ki, qəzalarda xəsarət alanların sayının azlığına görə İsveçrə dünyada birinci yeri tutur. Bunun səbəbi isveçrəlilərin 93%-nin təhlükəsizlik kəməri taxmasıdır.

Təhlükəsizilik kəmərini Nils Bolin ixtira edib. Son model təhlükəsizlik kəməri insanın bədəninə görə avtomatik tənzimlənir, sürücü və sərnişinlər rahat hərəkət edə bilirlər. Əvvəlki təhlükəsizlik kəmərləri isə bir vəziyyətdə qalırdı, hərəkət imkanı məhdud idi. 1967-ci ildən etibarən, bütün avtomobillər təhlükəsizlik kəmərləri ilə təchiz edilir.

“Qəza zamanı təhlükəsizlik kəməri insanın yeganə şansıdır”.

Bunu Metbuat.az-a açıqlamasında usta Əli Sultanov deyib:

"Təhlükəsizlik kəməri qəza zamanı 0,035 saniyədə açılır, bu da insanın sağ qalmaq şansını 90-95 faiz artırır. Təhlükəsizlik kəmərinin iş prinsipinə gəldikdə, bu hər bir maşın üçün fərqli istehsal edilib. 2000-ci ildən sonrakı istehsallarda beynin içərisində balaca şarik yerləşir. Qəza zamanı həmin şarikin arxadan qabağa çırpılması nəticəsində yastıqlar açılır və insanın zərər çəkməsinin qarşısı alınır”.

Təhlükəsizlik kəmərini təkcə sürücü deyil, sərnişinlər də taxmalıdır.

Tədqiqatlar göstərir ki, təhlükəsizlik kəmərindən istifadə edərkən ölüm riski avtomobilin aşması zamanı 5, üzbəüz toqquşma zamanı 2.3, yandan zərbə zamanı isə 1.8 dəfə azalır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR