Futbol veteranları və tanınmış idmançılar arasında yoldaşlıq görüşü keçirilib

Futbol veteranları və tanınmış idmançılar arasında yoldaşlıq görüşü keçirilib
14:02 3 Mart 2017
87 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 3 mart. REPORT.AZ/ 5 mart Bədən Tərbiyəsi və İdman günü münasibətilə futbol veteranları və tanınmış idmançılar arasında yoldaşlıq görüşü keçirilib. "Report"un məlumatına görə, oyun Tofiq Bəhramov adına Respublika stadionunun qapalı meydançasında baş tutmuş oyun futbol veteranlarının 9:6 hesablə qələbəsi ilə yekunlaşıb.
Veteran futbolçulardan ibarət komandanın heyətində Hüseyn Məhəmmədov, Arif Əsədov, Yunis Hüseynov, Zaur İsmayılov, Əli Abışov, İlqar Hüseynov, Elmir Xankişiyev, Eldəniz Məmmədov və Nadir Əliyev yer alıb. Digər komandada isə olimpiya çempionları Toğrul Əsgərov və Şərif Şərifov, dünya çempionu Hacı Əliyev, Avropa çempionu Cəbrayıl Həsənov, olimpiya mükafatçıları Şahin İmranov və Fuad Aslanov, dünya çempionatlarının mükafatçıları Cəmaləddin Məhəmmədov və Əsgərxan Novruzovdan ibarət olub.
Görüşü Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev, Gənclər və İdman Nazirliyinin rəsmisi Fikrət Hüseynov, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Təbriz Həsənov, "Kəpəz" klubunun çalışdırıcısı Şahin Diniyev, eləcə də Məşqçilər Komitəsinin üzvləri izləyiblər.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/futbol-veteranlari-ve-taninmis-idmancilar-arasinda-yoldasliq-gorusu-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR