"Azərbaycanda 9 ekstremist məhv edilib, 4-ü tutulub"

"Azərbaycanda 9 ekstremist məhv edilib, 4-ü tutulub"
14:12 3 Mart 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Son yarım ildə Bakı, Sumqayıt və Qusarda həyata keçirilən əməliyyatlar zamanı 9 ekstremist məhv edilib, 4 ekstremist həbs edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov "Terrorçuluğa, ekstremizmə və radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, 2012-ci ildən etibarən Azərbaycan vətəndaşları Türkiyədə iş axtarmaq və s. bəhanələrlə Türkiyədən Suriyaya keçərək orada terror qruplaşmalarına qoşulublar.
 
S.Mahmudov qeyd edib ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti Suriyada əsasən "İŞİD" terror təşkilatına qoşulmağa üstünlük verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/522983.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR