Özildən "Barselona" etirafı

Özildən "Barselona" etirafı
14:17 3 Mart 2017
94 İdman
Ölkə mətbuatı
A- A+

"Arsenal"ın yarımmüdafiəçisi Məsul Özil öz avtobioqrafiyasında maraqlı məqamlara toxunub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, DÇ-2010-da yaxşı oyunu ilə diqqət çəkən Özil Avropa nəhənglərinin hədəfində idi. Özil "Real"a keçməmişdən əvvəl onunla "Barselona"nın maraqlandığını bildirib. Transferin baş tutmamasına səbəb isə həmin vaxt "katalonlar"ın çalışdırıcısı Qvardiolanın istəksiz davranması olub.  

Türk əsilli futbolçu danışıqlar üçün "Barselona"ya getsə də, Qvardiolanın onunla görüşmədiyini, hətta həmin günlərdə 1 mesaj belə yazmadığını bildirib. Qvardioladan kiçik bir işarət belə görməməsi onu "Barselona"dan soyudub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/522958.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR