Nazir Musiqili Teatrın bir qrup əməkdaşını mükafatlandırıb

Nazir Musiqili Teatrın bir qrup əməkdaşını mükafatlandırıb
14:17 3 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 mart. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 10 mart - Milli Teatr Günü münasibətilə teatr sahəsində uzunmüddətli, səmərəli fəaliyyətlərinə görə Musiqili Teatrın bir neçə əməkdaşını mükafatlandırıb.
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əməkdar artist Novruz Əliyev (Qartal) və orkestr artisti Zakir Dadaşov “Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərman”ı, quruluşçu rəssam Nabat Səmədova isə “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunublar. 

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/nazir-musiqili-teatrin-bir-qrup-emekdasini-mukafatlandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR