İlham Zəkiyev vitse-prezident seçildi - FOTO

İlham Zəkiyev vitse-prezident seçildi -   FOTO
14:27 3 Mart 2017
76 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Milli Paralimpiya Komitəsinin (MPK) V hesabat-seçki yığıncağı keçirilib. MPK-nın mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, Milli Olimpiya Komitəsinin binasında keçirilmiş toplantıda MPK-nın 2013-2016-cı illər üzrə fəaliyyəti barədə hesabatı dinlənilib.


Nəzarət təftiş Komissiyasının hesabatı müzakirə edilərək, Komitənin dördillik fəaliyyətinin qənaətbəxş edilməsi və MPK-nın "2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar 2017 - 2020-cı illər üçün Stratejı fəaliyyət Planı"nın təsdiq edilməsi barədə Qərarlar qəbul edilib.


Sonra rəhbər orqanlara seçkilər keçirilib. İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti, Natiq Qasımov I vitse-prezident, ikiqat paralimpiya çempionu İlham Zəkiyev doğum günündə ilk dəfə vitse-prezident, Şaiq Həmidov isə baş katib vəzifələrinə seçilib.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-lham-zkiyev-vitse-prezident-secildi-t56662.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR