Kabardin-Balkarda qar uçqunu olub, 2 ölü, 1 yaralı var

Kabardin-Balkarda qar uçqunu olub, 2 ölü, 1 yaralı var
14:27 3 Mart 2017
67 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 mart. REPORT.AZ/ Kabardin-Balkar Respublikasında Çeqet dağında qar uçqunu nəticəsində iki nəfər ölüb, bir nəfər xəsarət alıb.
“Report” BBC-yə istinadən xəbər verir ki, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin Elbrusun yüksək dağlıq hissəsində axtarış-xilasetmə dəstəsinin əməkdaşı Alberx Xadijiyev bildirib.
“Hazırda biz fəlakət bölgəsində başqa adamların qalıb-qalmamasını araşdırırıq”, - deyə o vurğulayıb.
Məlumata görə, uçqun martın 3-də günorta saatlarında baş verib. Hadisə yerində axtarış-xilasetmə dəstəsinin 11 əməkdaşı və iki texnika fəaliyyət göstərir.
Çeqet dağı turist bölgəsidir. Orada dağ-xizək idman mərkəzi yerləşir. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/kabardin-balkarda-qar-ucqunu-olub-2-olu-1-yarali-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR