Ataları aylardır Leyla ilə bacısını axtarırdı - Pis xəbər Türkiyədən gəldi

Ataları aylardır Leyla ilə bacısını axtarırdı - Pis xəbər Türkiyədən gəldi
14:28 3 Mart 2017
93 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən ilin martında İŞİD-ə qatılmaq üçün Kopenhagenin yaxınlığındakı Bröndbi Stand səmtindəki evlərindən qaçan Leyla və Hazal Olqunun Suriyaya keçdikləri məlum olub.

Milli.Az "Milliyet"ə istinadla bildirir ki, Danimarkanın paytaxtı Kopenhagendə turizm agentliyi işlədən türk əsilli Yaşar Olqunun qızları ötən ilin mart ayından evdən qaçıb. Valideyn TV2 kanalına bununla bağlı müraciət edib. Verilişin müxbiri uzun müddət sonra onun qızı Leyla və Hazal Olqunla əlaqəli iki informasiya əldə edib.

TV 2-də yayımlanan "Mənim qızım cihad savaşçısıdır?" verilişinin son dəqiqələrində müxbir Türkiyə polisi ilə əlaqə saxladığını və qızlarının Türkiyədən Suriyaya keçdiyini təsdiqlədiyini söyləyib.

O, həm də bildirib ki, qızları qaçmazdan 3 il əvvəl Danimarkada Suriya üçün işləyiblər. Onlar danimarkalı qadınları yoldan çıxararaq terrorçuluğu təbliğ ediblər.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190029.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR