"Ölənə qədər bu kluba bağlı olacağam"

"Ölənə qədər bu kluba bağlı olacağam"
14:42 3 Mart 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

"Sevilya"nın baş məşqçisi Xorxe Sampaoli adının "Barselona" ilə birgə hallanmasına münasibət bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis ispan mətbuatına açıqlamasında məlumatı təkzib edib:

"Adımı "Barsa" ilə birgə hallandıranları başa düşmürəm. Mən ölənə qədər "Sevilya"nın idman layihəsi ilə bağlı olacağam. Klub rəhbərliyi ilə müqaviləmin müddətini uzatmaq barəsində, hələ ki, danışmamışıq. Amma əmin olun ki, "Sevilya"dan ayrılmaq fikrim yoxdur".

Qeyd edək ki, Sampaoli ötən ildən "Sevilya"nı çalışdırır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/522974.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR