Olimpiya çempionu Toğrul Əsgərov Almaniyada əməliyyat olunacaq

Olimpiya çempionu Toğrul Əsgərov Almaniyada əməliyyat olunacaq
14:57 3 Mart 2017
132 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 3 mart. REPORT.AZ/ 2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Azərbaycan sərbəst güləşçisi Toğrul Əsgərov Almaniyada əməliyyat olunacaq. Bu barədə "Report"a 25 yaşlı idmançının özü məlumat verib.
T.Əsgərov bildirib ki, əməliyyat bir həftə sonraya planlaşdırılıb: "Boynumda yırtıq var. Bir neçə gündən sonra əməliyyat olunmaq üçün Almaniyaya getməliyəm. Bu zədə ilə futbol oynamaq olar, amma güləşmək mümkün deyil. Çünki əzilir, dartılır".
Qeyd edək ki, Toğrul Əsgərov zədə üzündən 12 - 22 mayda Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına qatılmayacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/togrul-esgerov-almaniyada-emeliyyat-olunacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR