"Azərbaycanda konkret hədəfli hücumlar mobil operatorlara qarşı olur"

"Azərbaycanda konkret hədəfli hücumlar mobil operatorlara qarşı olur"
15:05 3 Mart 2017
85 Dünya
Ölkə mətbuatı
A- A+

Mobil telefon vasitəsilə internet trafikinin oğurlanması halları azalıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri "Kaspersky Lab" şirkətinin aparıcı eksperti Sergey Lojkin bu gün təşkil edilən mətbuat konfransında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, Azərbaycanda hansısa bir mürəkkəb hücumlara gəlincə, belə bir hal ilə qarşılaşmamışıq:

"Azərbaycanda konkret hədəfli hücumlar isə mobil operatorlara qarşı ola bilər. Kibercinayətkarlar tərəfindən belə bir hallar ilə qarşılaşılır. Bu faktdır", - ekspert deyib.

O, həmçinin əlavə edib ki, mobil telefonlara göndərilən reklamlar vasitəsilə kibercinayətkarlıq hallarını dələduzluq adlandırmaq olar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/522990.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR