Azərbaycanlı nazir işdən çıxarıldı

Azərbaycanlı nazir işdən çıxarıldı
15:13 3 Mart 2017
174 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna Nazirlər Kabineti Dövlət Fiskal Xidmətinin (DFX) sədri, azərbaycanlı Roman Nəsirovu vəzifəsindən kənarlaşdırıb.

Publika.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu haqda təklif maliyyə naziri Aleksandr Danilyukdan daxil olub.

Baş nazir Vladimir Qroysman qeyd edib ki, Nəsirov barəsində dürüst və açıq araşdırma aparılmalıdır

“Əgər insan günahkardırsa, cəzalandırılmalıdır. Əgər günahkar deyilsə, bəraət verilməlidir”, - Qroysman bildirib.

Qeyd edək ki, Roman Nəsirov Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb. Vəkil Denis Fetisovun sözlərinə görə, R.Nəsirov Ukrayna Cinayət Məcəlləsinin 364-cü maddəsi üzrə (vəzifədən sui-istifadə) şübhəli bilinir.

Azərbaycanlı nazir reanimasiyaya belə gətirildi - YENİLƏNDİ -FOTO/VİDEO

Barəsində istintaq tədbirləri həyata keçirilir.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190038.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR