Rəqqasə Oksana açıq-saçıq səhnələrdən danışdı: “Yüksək məbləğdə pul təklif etsələr..."

Rəqqasə Oksana açıq-saçıq səhnələrdən danışdı: “Yüksək məbləğdə pul təklif etsələr..."
15:18 3 Mart 2017
244 Şou
Ölkə mətbuatı
A- A+

“Açıq-saçıq səhnələri olan filmlərdə çəkilmək bizim milli mentalitetə uyğun gəlmir”.

Publika.az xəbər verir ki, bu sözləri hind rəqslərinin mahir ifaçısı Oksana Rəsulova deyib. Son illərdə özünü kino sahəsində də sınayan və böyük uğur əldə edən istedadlı aktrisa hər filmə çəkilmədiyini vurğulayıb:

“Yeniliklərə həmişə hazıram, lakin hesab edirəm ki, açıq səhnələri olan filmlər ümumiyyətlə, bizim millətə yaraşmaz. Əgər ssenari tələb edirsə, əlbəttə ki, aktrisa istənilən səhnəyə çəkilməlidir. Bununla belə filmin uğurlu alınması üçün açıq səhnələrə ehtiyac yoxdur. Məsələn, İran filmləri hazırda dünyada çox məşhurdur və çox da sevilir. Di gəl ki, onlarda nəinki açıq səhnələr, heç aktrisalar da açıq geyinmir. Bütün dünya onların filmlərindən danışır, belə də qəbul edir və hörmət edir. Onlar üçün rejissorun işi, aktyorun oyunu əsas götürülür. Və qiymətləndirmə də buna görə olur. Filmin uğuru heç vaxt intim səhnələrdən asılı ola bilməz. İslam ölkələrində belə məqamlara xüsusilə diqqət yetirmək lazımdır. Biz də öz növbəmizdə milli ənənələrimizi qorumalıyıq”.

Aktrisanın sözlərinə görə, yüksək məbləğdə pul təklif etsələr də, filmdə hər hansı açıq səhnədə oynamağa razılıq verməz:

“Aktrisa və ya aktyor üçün məbləğ çox vacibdir. Xarici aktrisalar yüksək məbləğdə qonorarın əvəzində istənilən səhnələrə çəkilir. Mənimsə öz çərçivələrim var, lap açıq səhnələrə çəkilməyi heç vaxt qəbul etmərəm. Özümə yaraşdırmamaq bir tərəfə qalsın, istəmərəm ki, kimsə mənə başqa tərəfdən baxsın. Pərəstişkarlarımı itirmək istəmərəm. Onu da qeyd etməliyəm ki, sözügedən səhnələrin yaxşı alınması və vulqar olmaması üçün çox çalışmalıyıq”.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/190028.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR