Rusiya Dövlət Dumasının sədri Ermənistandadır

Rusiya Dövlət Dumasının sədri Ermənistandadır
15:22 3 Mart 2017
85 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 mart. REPORT.AZ/ Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi Dumanın deputatlarından ibarət nümayəndə heyəti Ermənistanda rəsmi səfərdədir. 
“Report” erməni KİV-nə istinadən xəbər verir ki, nümayəndə heyətinin Ermənistan prezidenti Serj Sarkisyan və parlamentin sədri Qalust Saakyanla görüşlərin keçirəcəyi gözlənilir.
Səfər çərçivəsində tərəflər ikitərəfli parlamentlərarası əməkdaşlığın vəziyyəti və gələcək inkişafını, ikitərəfli münasibətlərin əsas mövzularını müzakirə edəcək. Xüsusilə Rusiya və Ermənistan deputatlarının diqqət mərkəzində parlamentlərarası platformalarda, o cümlədən KTMT Parlament Assambleyası, MDB Parlamentlərarası Assambleyası, ATƏT-in Parlament Assambleyasında birgə iş məsələləri olacaq.
Nümayəndə heyətinin tərkibinə Dövlət Dumasının MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikov, nəqliyyat və tkinti üzrə komitənin sədri Yevgeniy Moskvicev, vətəndaş cəmiyyətinin inkişafı, ictimai və dini təşkilatların məsələri üzrə komitənin sədri Sergey Qavrilov daxildir. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiya-dovlet-dumasinin-sedri-ermenistandadir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR