Kamran Ağayev hələ sağalmayıb - FOTO

Kamran Ağayev hələ sağalmayıb - FOTO
15:37 3 Mart 2017
170 İdman
Ölkə mətbuatı
A- A+

Portuqaliyanın "Baovişta" klubunda forma geyinən Azərbaycan millisinin üzvü Kamran Ağayevin zədələnməsi haqda məlumat vermişdik.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ağayev komandasının son məşqlərinin birində zədə alıb və məşqi yarımçıq tərk edib. Onun ölkə çempionatının XXIV turunda səfərdə "Moyrenense"yə qarşı baş tutacaq matçda iştirak etməyəcəyi dəqiqdir. Kamran hazırda müalicəsini davam etdirir.

Portu təmsilçisində forma geyinən millimizin digər üzvü Emin Mahmudov da zədədən əziyyət çəkir. Onun da hansı müddətdə yaşıl meydanlara qayıdacağı hələlik bəlli deyil. 

Qeyd edək ki, Kamran Ağayev son oyunlarda "Boavişta"nın əsas heyətində düşməkdə çətinlik çəkir. Onun yayda komandadan ayrılacağı gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/523010.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR