Azərbaycanın icbari daşınmaz əmlak sığortası bazarı 67% artıb

Azərbaycanın icbari daşınmaz əmlak sığortası bazarı 67% artıb
15:38 3 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 mart. REPORT.AZ/ Bu ilin fevral ayında  Azərbaycanda daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 6 329 sığorta müqaviləsi bağlanıb. Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 1 265 386 manat təşkil edib. 
"Report"un İcbari Sığorta Bürosuna istinadən verdiyi xəbərə görə, daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 4 140-ı yaşayış evləri və mənzillər, 26-ı inzibati binalar, 2 163-ü isə digər daşınmaz əmlakla bağlı olub. 
Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 7,2%, sığorta haqlarının məbləğində isə 67,4% artım müşahidə edilib.
Hazırda daşınmaz əmlakın icbari sığortası növü üzrə İSB-nin iştirakçıları olan 13 sığorta şirkəti (“Atəşgah Sığorta", “Standard İnsurance”, “AtaSığorta”, “Xalq Sığorta”, “PAŞA Sığorta”, “AXA-Mbask”, “AzSığorta”, Dövlət Sığorta Kommersiya Şirkəti, “Meqa Sığorta”, “Silkway İnsurance”, “Azərbaycan Sənaye Sığorta”, “Qala Sığorta”, “Günay Sığorta” ASC-lər) fəaliyyət göstərir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanin-icbari-dasinmaz-emlak-sigortasi-bazari-67-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR