"Bakcell" abunəçiləri “Instagram”dan pulsuz istifadə edə bilərlər

"Bakcell" abunəçiləri “Instagram”dan pulsuz istifadə edə bilərlər
15:43 3 Mart 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz abunəçiləri üçün növbəti unikal internet təklifini təqdim edir. Bundan sonra smartfonu olan bütün Bakcell abunəçiləri eksklüziv Instagram paketləri ilə “Instagram”dan pulsuz istifadə edəcəklər. Paketlər həm fakturasız, həm də fakturalı xətt abunəçiləri üçün təklif olunur.

Yeni Instagram paketlərinə internetdə istənilən məqsədlər üçün istifadə olunan əsas trafik həcmi (MB) və xüsusi bonus – Instagram istifadəsi üçün pulsuz trafik daxildir. “Instagram”dan pulsuz istifadə üçün verilən trafik həcmi (MB) əsas internet həcminə bərabər olacaq və abunəçilərə əsas trafikdən istifadə etmədən müxtəlif şəkil və videolar yükləməyə və xəbər lentini nəzərdən keçirməyə imkan verəcək.

Əsas paketdə təqdim edilən trafik tükəndikdən sonra, əlavə hər 1 MB üçün xidmət haqqı 0.05 AZN təşkil edəcək.

Yeni paketlərin üstünlükləri və aktivləşdirmə kodları aşağıdakı cədvəldə əks olunub:

Əsas paket

Instagram trafiki

Aktivləşdirmə kodu

Qiymət (ƏDV daxil)

1 GB

+ 1 GB

*134*11#YES

6 AZN/aylıq

2 GB

+ 2 GB

*134*22#YES

8 AZN/ aylıq

3 GB

+ 3 GB

*134*33#YES

10 AZN/ aylıq

5 GB

+ 5 GB

*134*55#YES

12 AZN/ aylıq

iOS, Android, Windows, Blackberry və digər əməliyyat sistemləri ilə çalışan bütün smartfon istifadəçiləri yuxarıdakı təklifdən faydalana bilər. Qiymətlərə bütün müvafiq vergilər daxildir.

Instagram trafikini yoxlamaq üçün Bakcell abunəçiləri sadəcə *134*559#YES yığmalıdır. Onlar həmçinin *134*555#YES yığmaqla paketi yenidən əldə edə və ya *134*0#YES yığmaqla xidməti deaktivasiya edə bilər.

Abunəçinin balansında kifayət qədər məbləğ olduğu halda, yeni “Instagram” paketləri hər ay avtomatik qaydada yenilənəcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/190039.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR