“Prosineçkinin qapıçı fəlsəfəsi də ayrıdır?” - Aqil Məmmədov

“Prosineçkinin qapıçı fəlsəfəsi də ayrıdır?” -   Aqil Məmmədov
15:47 3 Mart 2017
101 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki martın 9-da Qətər millisinə qarşı keçirəcəkləri oyun üçün heyəti açıqlayıb.


Heyətdə AZAL-ın qapıçısı Aqil Məmmədovun olacağı gözlənilsə də, xorvatiyalı məşqçi “Qarabağ”ın milliləşdirilmiş çərçivə qoruyucusu Şahruddin Məhəmmədəliyevə dəvət göndərib.


Aqil Məmmədov əvvəlcədən milliyə çağırılacağını gözlədiyini deyib: “Dəvət gözləyirdim. Amma olmadı, qismət deyilmiş. Fikirləşirəm ki, görəsən, yenə niyə dəvət almamışam? Səbəb tapa bilmirəm. Milli də dünya səviyyəsində AZAL kimi komandadır. Orda da qapıya bu qədər zərbə gəlir. Şükür edirəm ki, işimin öhdəsindən gəlirəm. Bundan sonra da məşq edəcəm və daha yaxşı oynamağa çalışacam. Siz özünüz hər şeyi məndən yaxşı bilirsiniz. Nə deyim?”


Çərçivə qoruyucusu Prosineçkinin oyun fəlsəfəsinin nə olduğunu anlamadığını bildirib: “Prosineçkinin oyun fəlsəfəsi nədir ki? Dünyada futbolun bir fəlsəfəsi var. Ya bunu oynaya bilirsən, ya da oynamırsan. Nizami Hacıyev “İnter”i tək ardınca daşıyır. Bəs, hansı fəlsəfəyə uyğun gəlmir? Yaxşı Nizami yarımmüdafiəçidir fəlsəyə uyğun deyil, bəs, qapıçı Aqil Məmmədov necə? Qapıda da Prosineçkinin ayrı fəlsəfəsi var? Məndən xoşu gəlmir, çağırmır və heç nə demirəm. Davud Kərimini, Fərhad Vəliyevi niyə heyətə dəvət etmir? Bunların səbəbi nədir?” (qafqazinfo.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-prosineckinin-qapc-flsfsi-d-ayrdr-t56665.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR