"Fikrimdən daşındım" - Elməddin

"Fikrimdən daşındım" - Elməddin
15:52 3 Mart 2017
171 Şou
Ölkə mətbuatı
A- A+

"Şou verilişi hazırlamaq istəyirdim, amma fikrimdən daşındım. Bəlkə sentyabrda edəcəm".

Milli.Az bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında aktyor Elməddin Cəfərov deyib. Aparıcılıq etmək istəyən E.Cəfərov bu planını təxirə salıb. 

Seriallarından danışan aktyor onların gələn mövsüm də davam edəcəyini söyləyib:

"Şənbə günü birinci və ikinci yerdə "Qardaşlar", "Qız atası" seriallarımızdır. Bazar günü Azərbaycanda bütün verilişlər, seriallar arasında ilk sırada "Eks bacanaqlar" dayanır. Ona görə də biz ekran işlərini bu mövsüm bitirməyi düşünmürük. Reytinqdə birinci olan serialı niyə final edək ki? Onsuz da "Eks bacanaqlar" hər mövsüm yeni ssenari ilə qayıdır. İlk bölümdən burada qalan yalnız Məhəbbət və Taleh obrazıdır".

Yeni film təklifi alan Elməddin "Növbəti çəkiləcəyim film haqqında danışa bilmərəm, sirdir. Bu il yalnız bir filmə çəkiləcəm. Çünki müqaviləm var, ikinciyə icazə yoxdur" deyə, söyləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/523016.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR