AMB bu il depozit hərraclarında 1,27 mlrd. manat cəlb edib

AMB bu il depozit hərraclarında 1,27 mlrd. manat cəlb edib
15:57 3 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) bu ilin yanvar-fevral aylarında depozit hərraclarında cəlb etdiyi vəsaitin ümumi həcmi 1 mlrd. manatı keçib. Belə ki, hesabat dövründə AMB tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş 10 depozit hərracında cəmi 1 069,7 mln. manat cəlb edilib. 
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Bu müddətdə cəmi tələb isə 1 467,15 mln. manat təşkil edib. Keçirilmiş 10 hərracdan 9-da tələb təklifi üstələyib. Qeyd edək ki, 200 mln. manat həcmində vəsaitin cəlb edilməsi nəzərdə tutulan sonuncu hərrac bu gün baş tutub və tələbat 218 mln. manat olub.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/amb-nin-depozit-herracinda-celb-etdiyi-vesait-1-mlrd-manati-kecib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR