Aktrisanı zorladılar - "Öz səhvim olduğunu düşünürəm" - FOTO

Aktrisanı zorladılar - "Öz səhvim olduğunu düşünürəm" - FOTO
16:17 3 Mart 2017
181 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-lı aktrisa Ceyn Fonda "EDIT" jurnalı üçün həmkarı Brie Larsona müsahibə verib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, 1971-ci ildə "Klute" və 1978-ci ildə "Coming Home" filmlərindəki performansına görə 2 dəfə "Ən yaxşı qadın aktrisa" "Oskar"ını qazanan Ceyn Fonda uşaq yaşda zorlandığını etiraf edib.

Rəhbəri ilə cinsi əlaqəyə girmədiyi üçün işdən çıxarıldığını etiraf edən 79 yaşlı aktrisa: "Təcavüzə uğradım, rəhbərimlə əlaqəyə girmədiyim üçün işdən qovuldum və başıma gələnlərin öz səhvim olduğunu düşündüm", - ifadələrini işlədib.

Qadın haqları üçün çalışan 3 uşaq anası Fonda fikirlərinə "1950-ci illərdə böyüdüm və feminizmi həyatıma daxil etmək xeyli vaxt aldı" sözlərini əlavə edib.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində









Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/523025.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR