Elçin Əlibəyli medalla təltif olundu

Beynəlxalq Mixail Bulqakov İrsinin Araşdırılması və Təbliği Fondu 2016-cı il üzrə fəaliyyətinə yekun vurub.

Metbuat.az xəbər verir ki, Fond tərəfindən ötən il ərzində Bulqakov irsinin təbliğindəki xidmətlərinə görə seçilən şəxslər mükafatlandırılıb. O cümlədən, M.Bulqakov şəxsiyyətinin və ədəbi irsinin ekran həllinin fundamental tədqiqi işlərini apardığına görə şənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli “Beynəlxalq Mixail Bulqakov” medalı ilə təltif edilib.

Qeyd edək ki, ötən il media sahəsindəki araşdırmalarına görə E.Əlibəyli Rusiya media və humanitar elmlər təşkilatlarının birgə təsis etdiyi Medianın tədrisi və tədqiqatı fəaliyyətinə görə “Şərəf xaçı” medalına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR