Tanınmış ekspert generallara müraciət etdi

Tanınmış ekspert generallara müraciət etdi
16:37 3 Mart 2017
235 Ölkə
Ölkə mətbuatı
A- A+

Tanınmış politoloq Azərbaycan generallarını ermənilərin "İskəndər" hədəsinə cavab verməyə çağırıb.

Milli.Az xəbər verir ki, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu Azərbaycan rəsmilərini informasiya müharibəsinin elementlərindən istifadə etməyə səsləyib:

"Ermənistan prezidenti Serj Sərkisyan XİN işçiləri qarşısında çıxış edərkən deyib ki, əgər Azərbaycan müharibəyə başlasa, Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyini təmin etmək üçün ixtiyarındakı bütün hərbi arsenaldan yararlanacaq. Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan isə Rusiya mətbuatına müsahibəsində bildirib ki, Rusiyanın Ermənistandakı "İsgəndər" raketləri Dağlıq Qarabağın təhlükəsizliyinin təminatçısıdır. Başqa sözlə "Ermənistanın hərbi arsenalı" = "İskəndər" raketlərinə.

Azərbaycan rəsmilərindən və ya generallardan biri lütfən belə bir açıqlama versin: "Ermənistan "İskəndər" raketlərindən Azərbaycana qarşı istifadə edərsə, Ermənistan ordusunun nəinki Dağlıq Qarabağ, Ermənistandakı hərbi birləşmələrini də yerlə yeksan edəcəyik". Cənablar, informasiya müharibəsinin elementlərindən istifadə edin".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/523037.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR