Qadınların ən çox əziyyət çəkdiyi xəstəliklər

"Qadın cinsiyyət üzvlərinin iltihabı xəstəlikləri ginekoloji xəstəliklər arasında birinci yer tutur. Bu xəstəliklər müxtəlif patoloji infeksiyaların və yaxud ümumi iltihabi proseslərdən floranın pozulması nəticəsində, bakterial infeksiya nəticəsində yarana bilər. Floranın pozulması nəticəsində bakterial disbakterioz deyilən bir xəstəlik olur ki, orda sulu ifrazat olur”.

Bunu Metbuat.az-a açıqlamasında Tibb üzrə Fəlsəfə doktoru, cərrah mama-ginekoloq Xəyalə Təhməzi deyib. Onun sözlərinə görə, xanımlarda trixomonada zamanı yaşımtıl, köpüklü, pis qoxulu ifrazat meydana gəlir. Xlamidiya və qanareya kimi xəstəliklərdə isə yaşıl, irinli, çox miqdarda ifrazat olur:

"Normalda qadın orqanizmində aybaşı tsiklinin ortalarında yumurta ağı xarakterini daşıyan ifrazatlar olur, ancaq ifrazatın qoxusu və rəngi dəyişirsə, mütləq həkim müayinəsindən keçmək lazımdır".

Həkim əlavə edib ki, cinsi münasibətdə olan hər bir qadın 3 aydan bir yoxlanmalı, 40 yaşına çatmamış, lakin cinsi münasibətdə olmayan qadınlar isə ildə bir dəfə ginekoloq müayinəsindən keçməlidir:

“Bunların hər birində dioqnozu dəqiqləşdirilmək üçün uşaqlıq yolundan və ya serikal kanaldan yaxma götürürük. Bu yaxmanı bakteriyalara görə dəyərləndiririk, tapılan bakteriyadan asılı olaraq müalicə aparırıq”.

Mama-ginekoloq Xəyalə Təhməzi qadınlarda onkoloji xəstəliklərə yol açan səbəblərə də toxunub. Buna uşaqlıq boynunun eroziyası, poliplər, doğuşdan sonrakı cırıqlar, irsi meyillilik, uşaqlığın miomalarını və polipləri də əlavə edə bilərik.

Son zamanlarda qadın xəstəliklərinin artmasının səbəbinə gəldikdə isə, qadınlarımızın profilaktik olaraq yoxlamalardan keçməmələri və yaxud həkimə gec müraciət etmələridir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR