Rusiyadan Türkiyəyə qarşı OYUN: şəhər Əsədə verildi

Rusiyadan Türkiyəyə qarşı OYUN: şəhər Əsədə verildi
16:53 3 Mart 2017
172 Dünya
Ölkə mətbuatı
A- A+

PYD-nin (PKK terror təşkilatının Suriya qolu –red.) nəzarətindəki Münbiç Suriya ordusuna təhvil veriləcək.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Baş qərargahının Baş Əməliyyat İdarəsinin rəisi general-leytenant Sergey Rudskoy deyib.

O, Rusiya Müdafiə Nazirliyinin səlahiyyətlilərinin iştirakı ilə keçirilən danışıqlarda PYD-nin Münbiçdən çəkilərək buranı Bəşər Əsəd güclərinə təhvil verməyi qəbul etdiyini söyləyib. Rusiyalı general bu gündən etibarən Suriya rəhbərliyinin Münbiç və ətrafında dövlət fəaliyyətini icra etməyə başlayacağını bildirib.

Bu gün isə Türkiyənin müdafiə naziri Fikri İşık Türkiyənin Əl-Babdab sonra əsas hədəfinin Münbiç olduğunu söyləyib.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190049.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR