"Bakcell" abunəçiləri "Instagram"dan pulsuz istifadə edə bilərlər

"Bakcell" abunəçiləri "Instagram"dan pulsuz istifadə edə bilərlər
17:02 3 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkəti abunəçiləri üçün növbəti internet təklifini təqdim edib.
Şirkətdən "Report"a bildirilib ki, bundan sonra smartfonu olan bütün "Bakcell" abunəçiləri eksklüziv "Instagram" paketləri ilə sosial şəbəkədən pulsuz istifadə edəcəklər. Paketlər həm fakturasız, həm də fakturalı xətt abunəçiləri üçün təklif olunur.
Yeni "Instagram" paketlərinə internetdə istənilən məqsədlər üçün istifadə olunan əsas trafik həcmi (MB) və xüsusi bonus - "Instagram" istifadəsi üçün pulsuz trafik daxildir. “Instagram”dan pulsuz istifadə üçün verilən trafik həcmi (MB) əsas internet həcminə bərabər olacaq və abunəçilərə əsas trafikdən istifadə etmədən müxtəlif şəkil və videolar yükləməyə, xəbər lentini nəzərdən keçirməyə imkan verəcək.
Əsas paketdə təqdim edilən trafik tükəndikdən sonra, əlavə hər 1 MB üçün xidmət haqqı 0,05 manat təşkil edəcək.
Yeni paketlərin üstünlükləri və aktivləşdirmə kodları aşağıdakı cədvəldə əks olunub:
Əsas paket Instagram trafiki Aktivləşdirmə kodu Qiymət (ƏDV daxil) 1 GB + 1 GB *134*11#YES 6 AZN/aylıq 2 GB + 2 GB *134*22#YES 8 AZN/ aylıq 3 GB + 3 GB *134*33#YES 10 AZN/ aylıq 5 GB + 5 GB *134*55#YES 12 AZN/ aylıq
"iOS", "Android", "Windows", "Blackberry" və digər əməliyyat sistemləri ilə çalışan bütün smartfon istifadəçiləri yuxarıdakı təklifdən faydalana bilərlər. Qiymətlərə bütün müvafiq vergilər daxildir.
Yeni "Instagram" trafikinə qoşulmaq üçün "Bakcell" abunəçiləri *134*559#YES yığmalıdır. Şirkət müştəriləri *134*555#YES yığmaqla paketi yenidən əldə edə və ya *134*0#YES yığmaqla xidməti deaktivasiya edə bilərlər.
Qeyd edək ki, abunəçinin balansında kifayət qədər məbləğ olduğu halda, yeni “Instagram” paketləri hər ay avtomatik qaydada yenilənəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/bakcell-abunecileri-instagram-dan-pulsuz-istifade-ede-bilerler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR