Ədalət Şükürov: "Əsgərlikdə olmayana qız vermərəm"

Hərbi xidmətə yollanmaq hər bir vətəndaşın borcudur. Lakin bir çoxlarının hərbi xidmətdən yayındığı hamımıza məlumdur.

Yerli məşhurlarımız qızlarının əsgərliyə getməyən oğlanla ailə qurmasına razı olarmı?

Metbuat.az maraqlı sorğunu təqdim edir:

Ədalət Şükürov

“Vətəni qorumaq, hərbi xidməti başa vurmaq hər bir vətəndaşın borcudur. "Mən əsgərlikdə olmuşam" demək çox qürurvericidir. Səbəbsiz yerə hərbi xidmətdən yayınan şəxsə heç vaxt qız vermərəm. Lakin ola bilər ki, həmin şəxsin səhhətində ciddi problem olsun, buna görə əsgərliyə getməsin. Bu vəziyyəti anlamaq olar.”

Roza Zərgərli

“Əslində bu sualı başqa şou-biznes nümayəndələrinə vermək lazımdır. Çünki bizim ailəmiz hərbçi ailəsidir. Əlbəttə ki, əsgərlikdə olmayana qız vermərəm. Düşünürəm ki, kişinin əsgərlikdən keçməsi vacibdir”.

Emil Bədəlov

“Kişiliiyin əsgərliyə gedib-getməməklə əlaqəsi yoxdur. Çünki elə kişi ola bilər ki, savadlı, əxlaqlı, yaxşı ailə başçısı olsun, elə oğlanla qızımı evləndirərdim. Təbii ki, əgər səbəbsiz yerə əsgərlikdən yayınıbsa, onu elçi kimi də qəbul etməzdim. Amma adam var ki, səhhətində problem var və həqiqətən ona əsgərliyə getmək olmaz. Məsələn, mənim əsəblərim gərgin olduğuna görə hərbi xidmətə gedə bilməmişəm. Dəfələrlə müraciət etmişik, alınmayıb”.

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR