Əliyar Ağayev I diviziona göndərildi

Əliyar Ağayev I diviziona göndərildi
17:07 3 Mart 2017
92 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan I Divizionunda XVIII turun təyinatları müəyyənləşib. Fanat.Az xəbər verir ki, aşağı liqaya “sürgün edilən” iki FİFA referisi də var.

 

Bunlar Əliyar Ağayev və Ömər Paşayevdi. Martın 5-də Premyer Liqa çərçivəsində “Neftçi” – “Zirə” görüşünün ehtiyat hakimi olacaq Ağayev bundan bir gün öncə Tovuzda “Turan Tovuz” – “Şəmkir” qarşılaşmasını idarə edəcək.

 

Bu ildən FİFA dərəcəsini alan Ömər Paşayev isə əvvəlcə “İnter” – “Qəbələ” oyununda 4-cü hakim olacaqsa, martın 5-də “Rəvan” – “Mil-Muğan” matçında fit çalacaq.

 

4 mart (şənbə)


15:00. “Turan Tovuz” – “Şəmkir”

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Mahir Məmmədov

Hakim-inspektor: Ramiz Əsədov

Tovuz şəhər stadionu


15:00. “Zaqatala” – “Bakılı”

Hakimlər: Rəşad Əhmədov, Səbuhi Əmrahov, Ruslan Nəsibov, Elvin Mədətov

Hakim-inspektor: Qurban Məmmədov

Zaqatala şəhər stadionu


15:00. “Şahdağ” – MOİK

Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, İsgəndər Əliyev, Fərhad Teymurov

Hakim-inspektor: Akif Əliyev

Şövkət Orduxanov adına Qusar şəhər stadionu


15:00. “Şərurspor” – “Qaradağ Lökbatan”

Hakimlər: Hacıəli Ağayev, Knyaz Əmiraslanov, Elşən Acalov, Ramiz Məhərrəmov

Hakim-inspektor: Əlibala Ələsgərov

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu


5 mart (bazar)


14:30. “Rəvan” – “Mil-Muğan”

Hakimlər: Ömər Paşayev, Vüqar Bayramov, Elşad Abdullayev, Nail Nağıyev

Hakim-inspektor: Samir Kərəmov

“Bayıl Arena”


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-liyar-aayev-i-diviziona-gondrildi-t56668.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR