Putin Sarkisyanı çaşbaş SALDI

Putin Sarkisyanı çaşbaş SALDI
17:23 3 Mart 2017
197 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistana rəsmi səfər gələn Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Krımın və Krasnodar parlamentlərinin sədrləri də var.

Publika.az
xəbər verir ki, V.Volodin İrəvanda Serj Sarkisyanla görüşüb və hər iki ölkənin parlamentləri arasındakı əməkdaşlıq məsələləri müzakirə olunub.

Lakin nümayəndə heyətinin tərkibində Krım parlamentinin sədrinin də olması diqqət çəkir. Çünki Qərb Krımın ilhaqını tanımır və Rusiya ilə əsas qarşıdurma da məhz buradan başlayıb. Rusiyanın Krımın parlament sədrini İrəvana göndərməsi bu kontekstdə diqqət çəkir. Çünki Ermənistan Krımın işğalı ilə bağlı BMT qətnaməsinə qoşulmasa da, yarımadadakı rejimi tanımır.

“Lragir” saytı yazır ki, Rusiya İrəvan-Simferopol (Krımın paytaxtı - red.) reysi açmaq niyyətindədir. Lakin bu təşəbbüs Ermənistanda etirazla qarşılanıb: “Görünür, Rusiya Krım parlamentinin sədrini İrəvana göndərməklə, Sarkisyana 14 martda Moskva səfərindən öncə “sürpriz” edib”.

Sayt qeyd edir ki, Rusiya bu addımla Krım-Ermənistan münasibətlərini legitimləşdirir.

“Güman ki, Ermənistanın Krımla əlaqələr qurması məsələsi Moskva səfərində Sarkisyandan tələb ediləcək”, - deyə erməni saytı bildirir.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190053.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR