"Goldman Sachs": Türk lirəsi təzyiqlərlə üzləşib

"Goldman Sachs": Türk lirəsi təzyiqlərlə üzləşib
17:32 3 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 mart. REPORT.AZ/ Türkiyədə bu gün açıqlanan inflyasiya göstəricisi lirəyə təzyiqlər yaradıb. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın "Goldman Sachs" bankının Türkiyənin fevral ayı üzrə inflyasiya göstəricisinə dair araşdırma hesabatında deyilib. 
Bank bildirib ki, zəif lirə və artan neft qiymətləri Türkiyə iqtisadiyyatına gözləniləndən daha sürətli təzyiq yaratmağa başlayıb. Hesabatda daha əvvəlki aylarda inflyasiyanın qida və enerji qiymətlərində artım səbəbindən olduğu bildirildiyi halda, fevralın inflyasiya göstəricisinin geniş sahələrə yayıldığı, hardasa bütün malları əhatə etdiyi qeyd olunub.
Qeyd edək ki, fevral ayında istehlak qiymətləri indeksi illik müqayisədə 0,81%, daxili istehsal qiymətləri indeksi 1,26% artım göstərib. Beləliklə, illik inflyasiya 10,13%, daxili istehsal inflyasiyası isə 15,36% təşkil edib. Xatırladaq ki, inflyasiya proqnozları aylıq 0,48%, illik isə 9,74%-ə bərabər olub.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/goldman-sachs-turk-liresi-tezyiqlerle-uzlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR