​Bakıda başgicəlləndirən avtobus oturacaqları

Siz də avtobusda əksinə yerləşdirilən oturacaqlarda otura bilmirsiniz? Elə isə, bu xəbəri oxumaqda fayda var.

Bu gün ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin əksəriyyəti avtobuslarda tərsinə yerləşdirilən oturacaqlarda otura bilmir. Buna səbəb həmin oturcaqlarda əyləşən zaman insanda başgicəllənmə, ürəkbulanma hallarının müşahidə olunmasıdır.

Maraqlıdır, sərnişinlər oturmayacaqsa, həmin oturcaqlar niyə quraşdırılıb?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Priyev bildirib ki, bununla bağlı onlara şikayət daxil olmayıb:

“Təkcə Azərbaycanda deyil, dünya praktikasında da sərnişindaşıma vasitələrinin əksəriyətində bu tipli oturacaqlar var. Belə oturacaqlar bizim avtobuslarımızda da mövcuddur. Lakin həmin oturacaqlarla bağlı bizə bu vaxta kimi şikayət daxil olmayıb”.

Məsələnin tibbi tərəfini izah edən nevroloq Pərvanə Orucova bildirib ki, bu proses iki səbəbdən - iltihab və irsi səbəbdən formalaşır:

“Oturacaqlarda tərsinə oturulan zaman bəzi adamlarda ürəkbulanma, başgicəllənmə, qusma ola bilər. Bu, vestibulyar aparatın zəifliyindən ibarətdir. Vestibulyar aparat insanda müvazinət sistemini idarə edir. Eşitmə siniri ilə vestibulyar sinir yanaşı getdiyi üçün daxili qulaqda iltihab prosesi yaranır. Bu zaman vestibulyar aparat zədələnə bilər. Nəticədə başgicəllənmə və başağrıları arta bilər”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR