Mətbuat Şurasının icraçı katibi vəzifəsindən istefa verib

Mətbuat Şurasının icraçı katibi vəzifəsindən istefa verib
17:52 3 Mart 2017
79 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı.3 mart. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurasının (MŞ) icraçı katibi, respublikanın əməkdar jurnalisti Rəhim Hüseynzadə MŞ-dakı vəzifəsindən istefa verib.
“Report”un xəbərinə görə, bu barədə MŞ-nın bugünkü idarə heyətinin iclasında bildirilib.
İclasda qeyd olunub ki, onun 66 yaşı tamam olur.
MŞ sədri Əflatun Amaşov R.Hüseynzadənin Şuranın formalaşmasındakı və inkişafındakı xidmətlərindən söz açıb. O bildirib ki, R.Hüseynzadə 1958-1968-ci illlərdə Gəncə şəhər 5 saylı orta məktəbində orta təhsil alıb. 1973-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini, 1983-cü ildə Ali İdarəetmə Akademiyasını (keçmiş Ali Partiya Məktəbi) bitirib. Uzun müddət jurnalistika sahəsində çalışıb. Həmçinin dövlət qurumlarında da yüksək vəzifələr tutub.
Mətbuat Şurasının məhdud işçi qüvvəsi ilə, ağır sosial şərtlər altında fəaliyyət göstərdiyi dönəmlərdə R.Hüseynzadə bacarığı və təcrübəsi ilə Şuranın möhkəmlənməsinə mühüm töhfə verib. MŞ-nin hazırkı statusunun əldə edilməsində veteran jurnalistin böyük əməyi var. Bütün bunlara görə Ə.Amaşov R.Hüseynzadəni Şuranın fəxri diplomu ilə təltif edib.
R.Hüseynzadə ona göstərilən diqqətə görə İdarə Heyətinin üzvlərinə təşəkkürünü bildirib. O, Mətbuat Şurasında keçirdiyi illərin ömrünün ən yaddaqalan və xoş səhifələri olduğunu vurğulayıb. R.Hüseynzadə həmçinin artıq təqaüd yaşında olduğunu bildirərək Şurada tutduğu vəzifədən istefa vermək qərarına gəldiyini açıqlayıb. 
İH üzvləri istefanı qəbul ediblər. 



Xəbərin orijinal ünvanı: https://report.az/media/metbuat-surasinin-icraci-katibi-vezifesinden-istefa-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR