Rus general minaya düşdü - SURİYADA

Rus general minaya düşdü - SURİYADA
17:57 3 Mart 2017
87 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyanın Palmira şəhəri uğrunda döyüşlər zamanı Rusiya Silahlı Qüvvələrinin generalı ağır yaralanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Rusiyanın Qərb Hərbi Dairəsinin hərbi hazırlıq üzrə idarə rəisi, general-mayor Pyotr Milyuxin Palmira yaxınlığında minaya düşüb. Nəticədə ayaqlarını və bir gözünü itirib.
 
Fontanka.ru saytı hadisənin 1 həftə əvvəl baş verdiyini və generalın Moskvadakı Burdenko adına hospitala gətirildiyini yazıb. "O, bizdədir. Bundan artıq nəsə deməyə hüququmuz yoxdur", - deyə hospitalın 56-cı şöbəsindən bildirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/523068.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR