Rusiya generalı Suriyada ağır yaralanıb

Rusiya generalı Suriyada ağır yaralanıb
18:02 3 Mart 2017
109 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 mart. REPORT.AZ/ Rusiyanın Qərb Dairəsi döyüş hazırlığı qərargahı idarəsinin rəisi, general Pyotr Milyuxun Suriyanın Palmira şəhərinin azad edilməsi uğrunda gedən döyüşdə ağır yaralanıb.
“Report” “Lenta.ru”ya istinadən xəbər verir ki, general minaya düşüb, iki ayağını və bir gözünü itirib.
Məlumata görə, o, hadisə yerində ilk yardım almasına baxmayaraq, vəziyyəti ağırlaşdığından xüsusi reyslə Moskvaya çatdırılaraq Burdenko adına hospitala yerləşdirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/rusiya-generali-suriyada-agir-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR