Rəhim Hüseynzadə vəzifəsindən istefa verdi

Rəhim Hüseynzadə vəzifəsindən istefa verdi
18:05 3 Mart 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Mətbuat Şurasının icraçı katibi, respublikanın əməkdar jurnalisti Rəhim Hüseynzadə tutduğu vəzifədən istefa verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, R.Hüseynzadə qərarını qurumun idarə heyətinin bu gün keçirilən iclasında açıqlayıb. İclasda bildirilib ki, bu gün şuranın icraçı katibi, respublikanın əməkdar jurnalisti Rəhim Hüseynzadənin 66 yaşı tamam olur.
 
Əflatun Amaşov R.Hüseynzadəni şuranın fəxri diplomu ilə təltif edib. R.Hüseynzadə təqaüd yaşında olduğunu bildirərək şurada tutduğu vəzifədən istefa vermək qərarına gəldiyini açıqlayıb. İdarə heyətinin üzvləri istefanı qəbul ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/523069.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR