Şahmat üzrə qadınlar arasında dünya çempionu müəyyənləşib

Şahmat üzrə qadınlar arasında dünya çempionu müəyyənləşib
18:07 3 Mart 2017
121 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 3 mart. REPORT.AZ/ İranın paytaxtı Tehranda keçirilən şahmat üzrə qadınlar arasında dünya çempionatının qalibi müəyyənləşib. "Report"un məlumatına görə, Çin qrossmeysteri Tan Çjunyi qızıl medal qazanıb.
O, finalda Ukrayna şahmatçısı Anna Muzıçuka qalib gəlib. Həlledici görüşdə 4 partiyada hesab bərabər olub - 2:2. T.Çjunyi rəqibini tay-breykdə 1,5:0,5 hesabı ilə üstələyib.
Qeyd edək ki, T.Çjunyi çempion titulunu qorumaq üçün "Qran-pri"nin qalibi olmuş digər çinli şahmatçı Szyuy Venszyunla qarşılaşacaq. Görüş 2018-ci ildə Rusiyanın Xantı-Mansiysk şəhərində keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/sahmat-uzre-qadinlar-arasinda-dunya-cempionu-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR