​Azərbaycanın ilk sərhədçi pilot qadını

Dövlət Sərhəd Xidməti (DSX) ilk sərhədçi qadın pilot Dilarə Babayevanın xatirəsinə həsr olunmuş videoçarx hazırlayıb.

Mərhum pilotun xidmətini əks etdirən videoçarx DSX-nin “YouTube” səhifəsində yerləşdirilib.

Qeyd edək ki, DSX-nin Aviasiya dəstəsinin ilk qadın pilotu olan D.Babayeva xidmət dövründə qurum rəhbərliyi tərəfindən təltif olunub. O, “Mi-17” helikopterini idarə edib.

Onu da bildirək ki, baş leytenant D.Babayeva 2016-cı ilin avqust ayında doğuş zamanı dünyasını dəyişib.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR