Əməkdar artist adına layiq görülən Xumar Qədimova: “Bundan gözəl hədiyyə ola bilməzdi”

Əməkdar artist adına layiq görülən Xumar Qədimova: “Bundan gözəl hədiyyə ola bilməzdi”
18:53 3 Mart 2017
527 Şou
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi prezident İlham Əliyev Azərbaycan qadınlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə müğənni Xumar Qədimova Əməkdar artist adına layiq görülüb.

İfaçı Publika.az-a təəssüratlarını bölüşüb. O, çox sevindiyini və həyəcanlı olduğunu bildirib:

“Xəbərimiz yox idi, gözlənilməz oldu. Əlbəttə ki, çox sevinirəm. 8 martda mənə bundan gözəl hədiyyə ola bilməzdi. Cənab prezidentimizə dərin minnətdarlığımı bildirirəm”.

Onu da qeyd edək ki, Xumar Qədimova sözügedən sərəncamda əməkdar artist adına layiq görülən yeganə ifaçıdır.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/190067.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR