Azərbaycandan İrana ilk sınaq qatarı gedib

Azərbaycandan İrana ilk sınaq qatarı gedib
19:02 3 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycandan iki ölkənin dəmir yolları şəbəkəsini birləşdirən Astara (Azərbaycan) – Astara (İran) dəmiryolu xətti üzərindən İrana ilk sınaq qatarı gedib.
“Report”un məlumatına görə, tədbirdə hər iki şəhərin icra hakimiyyətinin başçıları, sərhəd zastavalarının rəhbərləri iştirak ediblər.
“Azərbaycan Dəmir Yolları” QSC-dən isə bildiriblər ki, dəmiryolu xəttinin rəsmi açılış mərasimi martın 6-da baş tutacaq.
Qeyd edək ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində bağlanılıb. Azərbaycan isə sazişə 2005-ci ildə qoşulub. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycandan-i-rana-ilk-sinaq-qatari-gedib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR