Düşmənlər köhnə sevgili çıxdılar

Düşmənlər köhnə sevgili çıxdılar
19:17 3 Mart 2017
124 Dünya
Ölkə mətbuatı
A- A+

Adlarının yan-yana çəkilməsini belə istəməyən Berkay və Derya Uluğun düşmənlik səbəbi məlum olub. İki müğənninin illər öncə İzmirdə ailə həyatı qurmağa çox yaxın olduqları ortaya çıxıb.

Milli.Az xəbər verir ki, "Takvim" qəzetində yayılan xəbərə görə, məşhur müğənni Berkay keçən yaz Uluğun Kuşadasındakı "Jade Beach" və Çeşmədəki "Qatar Beach" məkanlarında səhnə alacağını öyrənincə otel sahiblərinə: "Bu qızı səhnəyə çıxatrmayın" , - deyə bildirib. Bundan əlavə Berkayın onun karyerasına mane olduğunu söyləyən Uluğ pop ifaçı ilə illər əvvəl eşq yaşayıbmış.

Ötən gün "Bir De Bizden Dinleyin" proqramında ortaya atılan bu iddia iki məşhur müğənninin niyə bir-birinə düşmən olduğunu açıqlayıb.

İddiaya görə, Berkay musiqi dünyasına ilk addımını atdığı 2012-ci ildə Derya Uluğ ilə İzmirdə sevgili olub. Berkay məşhurlaşdıqdan sonra gözəl müğənnini aldatmağa və onu axtarmamağa başlayıb. Bu vəziyyəti heç cürə qəbul etməyən Uluğ isə olanlara etiraz edərək İstanbula gələrək hazırki məşhurluğa çatıb.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/523033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR