Ərdoğan: “Xanımın məni aldatdı” - VİDEO

Ərdoğan: “Xanımın məni aldatdı” - VİDEO
19:18 3 Mart 2017
206 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda cümə namazı qıldıqdan sonra məscid qarşısındakı mənzildə yaşayan bir ailənin qonağı olub.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə fevralın 17-də baş versə də, görüntüləri yalnız indi ortaya çıxıb.

Mənzilin qarşısında asılan plakatla çay içməyə dəvət edilən Ərdoğan Sarıgül ailəsinə baş çəkib. Prezident mətbuata qapalı olan ziyarət zamanı ailə ilə bir müddət söhbət edib. Evin sahibi ilə də telefonda söhbət edən Ərdoğan “sənin bu xanımla qızların məni eyvandan yenə aldatdılar. Evdəyik. Sən yoxsan, amma çayı içirik” deyib.

Ömər



Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/190069.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR