İran "Şimal-Cənub" dəmir yolunun inşasına başladı

İran "Şimal-Cənub" dəmir yolunun inşasına başladı
19:22 3 Mart 2017
Ölkə mətbuatı
A- A+

İran "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində tikilən Astara (Azərbaycan) - Astara (İran) dəmir yolunun öz ərazisindən keçən hissəsinin inşasına başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan bu yolun 8,5 kilometrlik hissəsinin tikintisini başa çatdırıb.

İran bundan sonra dəmir yolunun 2,5 kilometrlik hissəsini bitirməlidir.

Qeyd edək ki, "Şimal-Cənub" nəqliyyat dəhlizi Şimali Avropanı Canub-Şərqi Asiya ilə və Azərbycan, İran və Rusiya dəmir yollarının birləşdirilməsi məqsədini daşıyır. Birinci mərhələdə dəhliz ilə ildə beş milyon, gələcəkdə isə 10 milyon tondan artıq yük daşımaq planlaşdırılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/523048.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR