Serbiya baş naziri: "Putinlə görüşəcəm"

Serbiya baş naziri: "Putinlə görüşəcəm"
19:37 3 Mart 2017
94 Dünya
Ölkə mətbuatı
A- A+

Serbiyanın baş naziri Aleksandr Vuçiç bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır və bu görüş üçün Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinidən icazə almaq fikrində deyil.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Serbiya Nazirlər Kabinetinin başçısı mətbuat konfransında deyib.

Baş nazir deyib: "Yaxın həftələrdə Rusiya prezidenti Vladimir Putinlə görüş gözlənilir. Və mən bunu xanım Mogerini və ya başqa kimdənsə soruşmağı heç ağlımdan belə keçirmirəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/523083.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR