XİN-dən Məmmədyarovun Rusiya səfəri ilə bağlı AÇIQLAMA

XİN-dən Məmmədyarovun Rusiya səfəri ilə bağlı AÇIQLAMA
19:42 3 Mart 2017
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Xarici İşlər Nazirliyi Elmar Məmmədyarovun Rusiya səfəri ilə bağlı məlumat yayıb.

XİN-dən Milli.Az-a verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov 5-7 mart 2017-ci il tarixində Rusiya Federasiyasında rəsmi səfərdə olacaq.

Səfər çərçivəsində nazir Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Həmçinin Elmar Məmmədyarovun Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulması münasibətilə təşkil ediləcək sərginin açılış mərasimində iştirakı, Rusiya XİN-in Diplomatik Akademiyasında çıxışı və digər tədbirlərə qatılması planlaşdırılıb.

Qeyd edək ki, səfər Rusiyanın XİN rəhbəri Sergey Lavrovun dəvəti əsasında baş tutacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/523088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR