NatWest: FED 2017-ci ildə uçot dərəcələrini 4 dəfə artıra bilər

NatWest: FED 2017-ci ildə uçot dərəcələrini 4 dəfə artıra bilər
20:17 3 Mart 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 3 mart. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcələrini 2017-ci ildə 4 dəfə artıra bilər.
"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, belə bir təhlil Böyük Britaniyanın "National Westminster Bank"ının (NatWest) ABŞ bazarları üzrə baş iqtisadçısı Mişel Girar (Michelle Girard) tərəfindən hazırlanan proqnozda verilib. Belə ki, proqnoz-hesabatda FED-in mart, iyun, sentyabr və dekabr aylarında uçot dərəcələrini artıracağı deyilib.
Ümumiyyətlə, bundan əvvəlki proqnozda "NatWest" uçot dərəcələrinin 2 dəfə artırılacağını ehtimal edib. Hesabatda deyilir ki, iqtisadi artımın və inflyasiyanın son bir ildə dayanıqlı şəkildə artmasını əsas gətirərək, FED-in mart ayında faizləri artırmasında heç bir problem görünmür.
Xatırladaq ki, maliyyə bazarlarının proqnozu FED-in faizləri 2-3 dəfə artıracağı istiqamətindədir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/natwest-fed-2017-ci-ilde-ucot-derecelerini-4-defe-artira-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR