Ermənistanda universitet diplomu satan şəxslər tutulublar

Ermənistanda universitet diplomu satan şəxslər tutulublar
20:27 3 Mart 2017
112 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 3 mart. REPORT.AZ/ Ermənistanda “Proqres” Universitetinin ali təhsil almadan diplom satması faktı aşkar edilib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, işbazlar bir diplomu 800 dollara satarkən yaxalanıblar.
Digər bir hadisə isə ölkə sərhədini aşıb. Belə ki, vasitəçi ABŞ vətəndaşının təhsil almadan universitetin dövlət diplomu əldə etmək istəyini öyərnib. O, universitetin rektoruna müraciət edərək, 5 min dollara universitetin nəzdindəki kolleci və universiteti bitirmək haqqında 6 diplom istəyib. Universitetin rəhbəri bu sövdələşəməni qəbul edib.
Onlara qarşı rüşvətxorluq, dələduzluq maddələri ilə bağlı ittiham irəli sürülüb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistanda-universitet-diplomu-satan-sexs-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR