Türkiyə və Almaniya XİN arasında görüş olacaq

Türkiyə və Almaniya XİN arasında görüş olacaq
20:57 3 Mart 2017
86 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə XİN rəbəri Mövlut Çavuşoğlu ilə almaniyalı həmkarı Ziqmar Qabriel arasında telefon danışığı olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, telefon danışığı alman tərəfinin təşəbbüsü ilə keçirilib. Çavuşoğlu və Qabriel Almaniyada martın 8-də görüşmək barədə razılığa gəliblər.

Telelfon danışığında ikitərəfli münasibətlərin inkişafı müzakirə edilib. M.Çavuşoğlu Almaniya ilə Türkiyə arasında yaşanan diplomatik problemdən narahatlığını səsləndirib.

Qeyd edək ki, bir qədər əvvəl Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın iştirakı ilə Almaniyada keçiriləcək tədbirə alman tərəfi icazə verməmişdi. Bu isə iki ölkə arasında diplomatik gərginliyə səbəb olmuşdu. Almaniyanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılmışdı. Eləcə də Türkiyənin bir neçə naziri Almaniyaya planlaşdırılan səfərlərindən imtina etmişdilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/523095.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR