Türkiyə Bakı-Tbilisi-Qars dəmiryolunun Pakistana qədər uzadılmasını təklif edir

Türkiyə Bakı-Tbilisi-Qars dəmiryolunun Pakistana qədər uzadılmasını təklif edir
20:57 3 Mart 2017
153 Dünya
Ölkə mətbuatı
A- A+

Tbilisi. 3 mart. REPORT.AZ/ "Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi başa çatır".
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan bildirib.
Onun sözlərinə görə, Qars və ümumilikdə bütün regionun xilasına səbəb olacaq layihənin reallaşdırılması artıq başa çatır: "Rəsmi Ankara bu yolun Naxçıvana, sonradan isə İrana və Pakistana qədər uzadılmasını təklif edir. Bu məsələ bir neçə gün əvvəl İslamabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XIII sammitində də diqqət mərkəzində olub. Türkiyə tərəfinin sammit çərçivəsində keçirdiyi görüşlərdə bütün 10 ölkənin liderləri Bakı-Tbilisi-Qars və Qars-İğdır-Naxçıvan dəmiryolunun yaxın vaxtlarda istifadəyə veriləcəyinə əminlik ifadə ediblər".
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanmış dövlətlərarası saziş əsasında tikilir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-baki-tbilisi-qars-demir-yolunun-pakistana-qeder-uzadilmasini-teklif-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR